Gürcüstanda daha 22 nəfər koronavirusdan öldü

Gürcüstanda daha 22 nəfər koronavirusdan öldü
  31 Oktyabr 2020    Oxunub:1762
Gürcüstanda son sutkada daha 1673 nəfər koronavirusa yoluxub, 2881 nəfər sağalıb, 22 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bununla ölkədə COVID-19-a yoluxanların sayı 38 936-ya çatıb. İndiyədək 22 691 nəfər xəstəlikdən sağalıb, 307 pasiyent pandemiyanın qurbanı olub.

Hazırda karantində 3001, stasionar nəzarətdə isə 4136 nəfər saxlanılır.

Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus   Pandemiya  





Xəbər lenti