Ərdoğan İzmirdə ölən və yaralıların sayını açıqladı

 Ərdoğan İzmirdə ölən və yaralıların sayını açıqladı
  31 Oktyabr 2020    Oxunub:2447
İzmirdə baş vermiş zəlzələdə 26 nəfər ölüb, 885 nəfər xəsarət alıb.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Van vilayətində keçirilən VII fövqəladə konqresində çıxışı zamanı deyib.

O bildirib ki, 15 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Türkiyə Prezidenti qeyd edib ki, zəlzələ anından bütün qurumlar hərəkətə keçib. Evləri dağılan vətəndaşlar üçün qısa müddət ərzində yeni mənzillər tikilib təhvil veriləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İzmir   Zəlzələ   Ərdoğan  





Xəbər lenti