Ərakçi Ankarada Qarabağı müzakirə edib

 Ərakçi Ankarada Qarabağı müzakirə edib
  31 Oktyabr 2020    Oxunub:1854
İran prezidentinin xüsusi elçisi, Xarici İşlər nazirinin müavini Abbas Ərakçi Ankaraya səfəri zamanı türkiyəli həmkarı Sedat Önal ilə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə İran rəsmisi “Tvitter” səhifəsində yazıb. O bildirib ki, görüşdə Qarabağdakı vəziyyət müzakirə olunub.

"Xarici işlər nazirinin müavini Sedat Önal ilə Ankarada səmimi və məhsuldar müzakirə keçirildi. İran və Türkiyə bölgədə sülhün və sabitliyin təmin edilməsində danılmaz rol oynayan iki əsas aktordur", - deyə Ərakçi yazıb.

Xatırladaq ki, o, daha əvvəl Azərbaycan və Ermənistanda da səfərdə olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AbbasƏrakçi  





Xəbər lenti