Alimlər COVID-19-u aşkar etməyin yeni yolunu tapdılar

Alimlər COVID-19-u aşkar etməyin yeni yolunu tapdılar
  01 Noyabr 2020    Oxunub:2256
Amerikalı alimlər fitness qolbağından istifadə edərək COVID-19 virusunun müəyyənləşdirməsinin yeni yolunu tapıblar.
Mütəxəssislər simptomların başlandığını bildirən və koronavirus üçün test edilmiş şəxslərin məlumatlarını araşdırıblar.

Fitness qolbaqlarının göstəricilərinin aktivlik səviyyəsində və ya istirahət zamanı ürək dərəcəsində ifadə olunan fərdi normalardan kənarlaşmaları, yuxu səviyyəsindəki dəyişiklikləri müəyyənləşdirməyə kömək etdiyi qeyd olunub.

Bu göstəricilərin xəstələrin şikayətləri ilə birlikdə qeydiyyata alınması yalnız simptomları nəzərə alan modellə müqayisədə yoluxmuş COVID-19-un müəyyənləşdirilməsini əhəmiyyətli dərəcədə sadələşdirməyə və xəstəliyi asemptomatik formada və erkən mərhələdə təyin etməyə kömək edib.

Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti