Gürcüstanda seçkilərin ilkin rəsmi nəticələri açıqlandı

 Gürcüstanda seçkilərin ilkin rəsmi nəticələri açıqlandı
  01 Noyabr 2020    Oxunub:3271
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) ötən gün keçirilən parlament seçkilərinin ilkin rəsmi nəticələrini açıqlayıb.
Azvision.az xəbər verir ki, MSK-nın yaydığı məlumata görə, 3847 məntəqədən 2252-də səslər hesablanıb.

İlkin nəticələrə əsasən, hakim "Gürcü Arzusu -Demokratik Gürcüstan" partiyası 49,32 faiz, "Vahid Milli Hərəkat" partiyası 25,94 faiz, "Avropalı Gürcüstan" partiyası 3,77 faiz səs toplayıb.

Bundan əlavə, “Vətənpərvərlər Alyansı” 3,26 faiz, “Lelo” partiyası 3,16 faiz, “Aqmaşenebeli strategiyası” 3,1 faiz, “Qirçi” 2,87 faiz, “Vətəndaş – Eliko Elisaşvili” 1,34 faiz, Leyboristlər partiyası isə 1,03 səs yığıb.

MSK-dan bildirilib ki, Tbilisinin bütün birmandatlı seçki dairələrinin parlament seçkilərində qalibi müəyyən etmək üçün azı 5 dairədə ikinci tur tələb olunacaq. Gürcüstan üzrə bəzi regionlarda da ikinci turun keçiriləcəyi mümkündür.

Azvision.az


Teqlər: Gürcüstan   Seçki  





Xəbər lenti