Moldovada prezident seçkiləri keçirilir

Moldovada prezident seçkiləri keçirilir
  01 Noyabr 2020    Oxunub:1984
Moldovada sayca dördüncü prezident seçkiləri keçirilir.
Azvision.az xəbər verir ki, prezidentlik uğrunda 8 namizəd mübarizə aparır. Namizədlərdən biri 50 faizdən yuxarı səs toplaya bilməsə, seçkilərin ikinci turu keçiriləcək.

Seçkidə əsas mübarizə Moldovanın hazırkı Prezidenti İqor Dodon və sabiq Baş nazir Maya Sandu arasında gedir.

Qeyd edək ki, prezident seçkilərini 1884 yerli, 309 beynəlxalq müşahidəçi izləyir. Xarici müşahidəçilər arasında MDB Parlament Assambleyasının müşahidəçilər qrupunun rəhbəri, Milli Məclisin Sədrinin müavini Adil Əliyev, üzvləri Sabir Hacıyev, Rüfət Quliyev və Aydın Cəfərov, Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvləri də var.

Azvision.az


Teqlər: Moldova   Seçki  





Xəbər lenti