Almaniyada karantin yenidən sərtləşdirildi

Almaniyada karantin yenidən sərtləşdirildi
  02 Noyabr 2020    Oxunub:1782
Bu gündən Almaniyada koronavirus infeksiyasına yoluxma hallarının artması fonunda yeni karantin tədbirləri qüvvəyə minib.
Azvision.az xəbər verir ki, sözügedən qərar 28 oktyabrda qəbul edilib.

Yeni qaydalara əsasən, ölkədəki barlarda, restoran və digər ictimai yerlərdə məhdudiyyətlər tətbiq edilir. Həmçinin, gözəllik salonları, fitness klubları, tatu vurulan yerlər, hovuzlar, kinoteatr, konsert salonları və teatrlara da qadağalar qoyulub.

Bundan əlavə, uşaq bağçalarının, məktəblərin, supermarketlərin bağlanmasını nəzərdə tutulmur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: koronavirus  



Xəbər lenti