Türkiyə MN-dən Su-25-in vurulmasına reaksiya

Türkiyə MN-dən Su-25-in vurulmasına reaksiya
  02 Noyabr 2020    Oxunub:2472
Qəhrəman Azərbaycan Ordusu ərazilərini işğaldan azad etməyə davam edir.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Tvitter” səhifəsində paylaşım edilib.

“Qəhrəman Azərbaycan Ordusu ərazilərini işğaldan qurtarmağa davam edərkən, eyni zamanda Ermənistan ordusunun hücumlarını dəf edir. Azərbaycan Ordusu hücuma hazırlaşan Ermənistana məxsus daha bir Su-25 təyyarəsini vurub", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, bölmələrimizin şəxsi heyətinin sayıqlığı nəticəsində mövqelərimizə havadan hücum edən düşmənin Su-25 döyüş təyyarəsi məhv edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SU-25  





Xəbər lenti