Ermənistanın “milli qəhrəmanı” Qarabağda məhv edildi

 Ermənistanın “milli qəhrəmanı” Qarabağda məhv edildi
  02 Noyabr 2020    Oxunub:3985
Erməni polkovnik, “milli qəhrəman” Sergey Şakaryan Dağlıq Qarabağdakı döyüşlərdə məhv edilib.
Azvision.az erməni KİV-ə istinadən xəbər verir ki, Şakaryan birinci Qarabağ müharibəsinin də iştirakçısı olub.

“Sergey Şakaryanın atası birinci Qarabağ müharibəsi zamanı öldü. O zaman 16 yaşlı Sergey Şakaryan döyüş meydanında idi. Məktəbdən çıxıb, döyüşə getmişdir", - Ermənistan mətbuatı yazıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Erməni   Polkovnik  





Xəbər lenti