İzmirdə yenə zəlzələ oldu

İzmirdə yenə zəlzələ oldu
  03 Noyabr 2020    Oxunub:1904
Türkiyənin Egey bölgəsində 4,2 bal gücündə zəlzələ baş verib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Bildirilib ki, zəlzələnin episentri İzmir vilayətinin Urla rayonudur. Təkanların ocağı yerin 6,85 kilometr dərinliyində yerləşir. Hələlik zəlzələnin fəsadları barədə dəqiq məlumat yoxdur.

Xatırladaq ki, İzmirdə oktyabrın 30-da baş vermiş zəlzələ nəticəsində azı 92 nəfər həlak olub.

Azvision.az


Teqlər: Türkiyə   Zəlzələ  





Xəbər lenti