Erməni mətbuatı itkilərin gizlədildiyini təsdiqləyir

Erməni mətbuatı itkilərin gizlədildiyini təsdiqləyir
  03 Noyabr 2020    Oxunub:1981
Ermənistan mətbuatı Qarabağdakı itkilərlə bağlı statistikanın gizlədilməsini gündəmə gətirib.
Azvision.az -ın məlumatına görə, son günlər bu məsələ Ermənistanda aktuallaşdığı üçün "Hraparak" qəzeti döyüşdə ölənlərin sayının niyə açıqlanmamasını araşdırıb.

Qəzet yazır: “Dörd günlük susqunluqdan sonra Müdafiə Nazirliyi dünən döyüşlərdə ölən daha 11 hərbçinin adını açıqladı. Ancaq bu barədə məlumat verilməzdən əvvəl nazirliyə sorğu göndərdik ki, son dörd gün ərzində erməni tərəfi heç bir qurban verməyibmi? İtkilərlə bağlı məlumatların dörd gündə verilməməsinin səbəbi nədir? Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan "Kimliklərin müəyyənləşdirilməsi problemi var" dedi”.

Erməni mətbuatı bildirir ki, naməlum cəsədlər daha çoxdur: “Məsələ burasındadır ki, sosial şəbəkələrdə ermənilər arasında ümidsizlik yaratmamaq üçün öldürülən əsgərlər haqqında gündəlik məlumatlar verməmək barədə aktiv müzakirələr aparılır. Xatırladaq ki, rəsmi qaydada 1172 ölmüş hərbçinin adı açıqlanıb. Ortada hələ naməlum cəsədlər var, hazırda onlarla əlaqəli şəxsiyyətin müəyyənləşdirilməsi işləri aparılır".

Qeyd edək ki, Ermənistan rəsmiləri son günlər döyüşdəki itkilərlə bağlı açıqlama yaymır. Bu hal erməni mediasının da diqqətindən yayınmayıb və Şuşan Stepanyana “son dörd gün ərzində erməni tərəfi heç bir qurban verməyibmi? İtkilərlə bağlı məlumatların verilməməsinin səbəbi nədir?” kimi kinayəli suallar ünvanlanıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Ordu   İtki  





Xəbər lenti