ABŞ-da prezident seçkiləri keçirilir

 ABŞ-da prezident seçkiləri keçirilir
  03 Noyabr 2020    Oxunub:2007
Bu gün ABŞ-da 59-cu prezident seçkiləri keçirilir.
Azvision.az xəbər verir ki, qarşıdakı dörd ildə prezidentlik uğrunda iki namizəd mübarizə aparır. Onlar Respublikaçıların namizədi, hazırkı dövlət başçısı Donald Tramp və keçmiş vitse-prezident, demokrat Co Baydendir.

Mövcud seçkilər əvvəlki seçkilərdən bir sıra cəhətləri ilə fərqlənir. İlk növbədə bu seçkilər koronavirusun yaratdığı şərtlərlə keçirilir. Artıq rəsmi səsvermə gününə qədər verilən səslərin sayı 100 milyona yaxınlaşıb. Bu, rekord göstəricidir. Belə yüksək göstərici koronavirus pandemiyası ilə əlaqələndirilir. Çoxları şəxsən seçki məntəqələrinə gəlməkdən qorxur. Onlar poçt vasitəsilə səs verirlər.

Məlumata görə, tarixdə heç vaxt ABŞ-da keçirilən prezident seçkilərində iştirak 140 milyonu keçməyib.

Seçkilərə bir gün qalmış prezidentliyə demokrat namizəd Co Bayden prezident Donald Trampı ölkə üzrə sorğularda qabaqlayır. Əsas ştatlarda bu fərq azdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CoBayden  





Xəbər lenti