Çavuşoğlu: “Bakı ilə hər gün əlaqə saxlayırıq”

 Çavuşoğlu:  “Bakı ilə hər gün əlaqə saxlayırıq”
  03 Noyabr 2020    Oxunub:3378
Türkiyə haqlı davasında Azərbaycanın yanında olmağa davam edəcək.

Azvision.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Sierra Leonedən olan həmkarı Nabeela Tunis ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
XİN rəhbəri bildirib ki, Türkiyə Prezidentinin tapşırığı bundan ibarətdir ki, azərbaycanlı qardaşlarımızı yalnız buraxmayaq.

“Bakı ziyarətim də bu çərçivədə oldu. Hər gün təmasdayıq. Bu gün yenə həmkarım Ceyhun Bayramovla danışdım. Dövlət başçılarımız mütəmadi təmasdadır. Bu məsələdə Azərbaycan hüquqi və mənəvi cəhətdən haqlıdır. 30 ildir ki, işğal edilmiş torpaqlarını geri almaq üçün öz torpaqlarında mücadilə edir. Türkiyə bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ   Çavuşoğlu  





Xəbər lenti