Azərbaycanla Pakistan arasında birbaşa uçuşlar olacaq

Azərbaycanla Pakistan arasında birbaşa uçuşlar olacaq
  03 Noyabr 2020    Oxunub:1717
Pakistanın Azərbaycandakı səfiri Bilal Haye AZAL-ın rəhbəri Cahangir Əsgərovla görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə səfir "Twitter" hesabında yazıb.

Səfir Bilal Haye bildirib ki, görüşdə Pakistanla Azərbaycan arasında birbaşa uçuşların təşkili perspektivləri müzakirə olunub.

"COVID-19-la bağlı vəziyyət yaxşılaşan kimi birbaşa uçuşların başlayacağı xəbərini bölüşməkdən məmnunam", - deyə səfir qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan  





Xəbər lenti