76 obyektdə nöqsanlar aşkarlandı

76 obyektdə nöqsanlar aşkarlandı
  03 Noyabr 2020    Oxunub:1996
Noyabrın 2-də İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqlər keçirib.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Xəzər rayonunda “Favorit market”də, Həlata Qasımzadəyə məxsus mağazada, Səbail rayonunda “Musa market”də, Etibar İsmayılova, Arzu İbrahimovaya məxsus mağazalarda, Yasamal rayonunda Cavid İsayevə məxsus “Market”də, Tale Əliyevə məxsus ərzaq mağazasında, Nəsimi rayonunda Elnur Məmmədova məxsus qarışıq mallar mağazasında, Elman Hüseynzadəyə məxsus pərakəndə ticarət obyektində, Binəqədi rayonunda Hüseyn Nəcəfova məxsus “Avtomobil boyaları mağazası”nda, "M-Kontakt" MMC-yə məxsus “Qarışıq mallar mağazası”nda, Nərimanov rayonunda “Ərzaq market”də, Ayaz Bayramova məxsus şirniyyat mağazasında, Sabunçu rayonunda Ruslan Hüseynova, Fərhad Ağaverdiyevə məxsus pərakəndə ticarət obyektlərində, Xətai rayonunda Elşən Məmiyevə, Cavid Həsənova məxsus geyim mağazalarında, Nizami rayonunda “Best mart”, “Sunay kids” mağazalarında, Suraxanı rayonunda Cəlal Muradova məxsus geyim, Səbuhi Zeynalova məxsus şirniyyat mağazalarında, Qaradağ rayonunda Seymur Məmmədova, Rusif Azayevə məxsus pərakəndə ticarət obyektlərində, Gəncə şəhərində “NN market”də, “Depo ucuzluq geyim mağazası”nda, Sumqayıt şəhərində “Gecə hədiyyələr mağazası”nda, “Elit tikinti materialları mağazası”nda, Abşeron rayonunda Orxan Rəsulova məxsus pərakəndə ticarət obyektlərində, Şəki rayonunda Yusif Məmmədova, İntiqam Əhmədliyə məxsus mağazalarda, Şəmkir rayonunda İlkin Həşimzadəyə məxsus mağazada, Tofiq Cəfərova məxsus baytarlıq aptekində, Lənkəran rayonunda Elçin Ağayevə, Həzrət Axundzadəyə məxsus ticarət obyektlərində, Cəlilabad rayonunda Novruz İmanova, Əflatun Abbasova məxsus mağazalarda, Quba rayonunda Səxavət Məmmədova, Elvin Səlimova məxsus pərakəndə ticarət obyektlərində, Sabirabad rayonunda İxtiyar Fərzəliyevə, Mahir Əmirova məxsus mağazalarda, ümumilikdə 76 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib. Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

Azvision.az


Teqlər: Nazirlik   Yoxlama   Nöqsan  





Xəbər lenti