Qırğızıstan parlamentinin sədri istefa verdi

Qırğızıstan parlamentinin sədri istefa verdi
  04 Noyabr 2020    Oxunub:1689
Qırğızıstan parlamentinin sədri Kanat İsayev istefa verib.
Azvision.az xəbər verir ki, o, prezident seçkilərində iştirak etmək niyyətindədir.

Kanat İsayev nəticələri ləğv edilən 4 oktyabr seçkilərindən sonra parlamentin rəhbəri seçilmişdi.

Xatırladaq ki, Qırğızıstanda seçkilərdən bir gün sonra - 5 oktyabrda kütləvi aksiyalar başlayıb. Etirazçılar ilə təhlükəsizlik qüvvələri arasındakı qarşıdurmadan sonra parlamentə düşməyən müxalifət partiyalarının tərəfdarları Prezident Administrasiyasının da yerləşdiyi qanunverici orqanın binasını ələ keçiriblər. Qarşıdurmalarda 1,2 mindən çox insan yaralanıb, biri nəfər öldürülüb.

Bundan sonra Baş Nazir Kubatbek Boronov, ardınca Prezident Sooronbay Jeenbekov istiefa veriblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Kanatİsayev  





Xəbər lenti