Ermənistan yeni müharibə cinayətləri üçün zəmin hazırlayır

Ermənistan yeni müharibə cinayətləri üçün zəmin hazırlayır
  04 Noyabr 2020    Oxunub:1671
Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş Ağdam rayonunun kəndlərini ağır artilleriya atəşinə tutur.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tvitter” hesabında yazıb.

H.Hacıyev qeyd edib: “Ermənistan Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada Azərbaycanın mülki vətəndaşlarına qarşı yeni müharibə cinayətləri üçün zəmin hazırladıqları aşkar görünür”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: HikmətHacıyev  





Xəbər lenti