Tramp seçkilərdə qalib gəldiyini açıqladı

 Tramp seçkilərdə qalib gəldiyini açıqladı
  04 Noyabr 2020    Oxunub:2567
ABŞ-ın hazırkı Prezidenti Donald Tramp seçkilərdə qalib gəldiyini açıqlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Tramp xalqa canlı müraciətində bildirib. O, qələbəsini qeyd etməyə hazırlaşdığını deyib.

Tramp əlavə edib ki, Ohayo, Texas, Florida, Corciya, Şimali Karolina, Pensilvaniya, Miçiqan, Viskonsi ştatlarında demokratların namizədi Cozef Baydeni üstələyib: “Bizə qələbə üçün hətta bu ştatlarda qazanmağa ehtiyac yoxdur".

Tramp, həmçinin Amerika xalqına təşəkkürünü bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti