Ankarada Gəncə və Bərdə terrorunun qurbanları yad edilib
Azərbaycan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Ankara Musiqi və İncəsənət Universitetinin rektoru, professor Erol Parlak çıxış edərək iki ölkə arasındakı əzəli dostluq, qardaşlıq münasibətlərindən söz açıblar. Mülki əhaliyə qarşı istifadəsi qadağan olunan kasetli bombalarla Bərdə rayonunun dinc əhalisinin hədəfə alınmasının müharibə cinayəti olduğu vurğulanıb. Tədbir boyunca rəssamlar tərəfindən kətan üzərinə yağlı boya ilə çəkilən Azərbaycan və Türkiyə bayraqları nümayiş olunub, Ankara Musiqi və İncəsənət Universitetinin əsas binasının üzərində hər iki dövlətin bayraqları asılıb.
Azvision.az