Ermənistan “zek”ləri də döyüşə göndərdi

 Ermənistan “zek”ləri də döyüşə göndərdi
  04 Noyabr 2020    Oxunub:2847
Ermənistanda daha beş məhkum cəbhəyə göndərilmək üçün həbsdən azad edilib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Baş prokurorluğu məlumat yayıb.

Daha əvvəl həbsdə olan 16 nəfər döyüşə göndərilib. Ümumilikdə isə döyüşə göndərilən məhbusların sayı 21 nəfərdir. Artıq onların hamısı Qarabağdadır. Digər məhbuslarla bağlı məsələyə baxılır.

Qeyd edək ki, Ermənistan ordusu acınacaqlı vəziyyətdədir. Bu günədək döyüş meydanında sarsıdıcı zərbələr alan işğalçı ölkə xeyli sayda itkilər verib, sağ qalan erməni hərbçilərin çoxu silahını ataraq qaçıb. Hazırda erməni ordusunda şəxsi heyət baxımından ciddi problemlər yaşanır. Cəbhə xəttinə göndərməyə adam tapmayan Ermənistan rəhbərliyi xəstə, qoca, qadın, uşaqlarla yanaşı məhkumları da döyüşə cəlb etməyə başlayıb. Ermənistan son ümidini cinayətkarlara bağlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: məhbus  





Xəbər lenti