COVID-19-a yoluxanların sayı 48 milyonu keçdi

COVID-19-a yoluxanların sayı 48 milyonu keçdi
  05 Noyabr 2020    Oxunub:1763
Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 48 milyon 438 min 567 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 231 min 19 nəfərdir.

İndiyədək 34 milyon 674 min 181 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az



Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti