Qarabağda yaralanan erməni deputat ölüm ayağındadır

 Qarabağda yaralanan erməni deputat ölüm ayağındadır
  05 Noyabr 2020    Oxunub:2868
Oktyabrın 19-da Dağlıq Qarabağdakı döyüşlərdə ağır yaralanmış erməni deputat, "Yerkrap" könüllülər İttifaqının rəhbəri Sasun Mikaelyanın səhhəti pisləşib.
Azvision.az erməni KİV-ə istinadən xəbər verir ki, deputat dünən damarların dupleksi üçün 1 saylı universitet klinikasına aparılıb.

Məlumata görə, Mikaelyan bel və ayaq nahiyəsindən ağır yaralanıb, iki dəfə əməliyyat olunub, lakin ayağındakı problem dərinləşməkdədir. Hazırkı vəziyyəti onun əməliyyat edilməsinə imkan vermir. Ayaqlar şişir və vəziyyəti yaxşı deyil. Sasun Mikaelyanın həyati təhlükəsi olduğu bildirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SasunMikaelyan   Qarabağ  





Xəbər lenti