Şəki birinci oldu

Şəki birinci oldu
  06 Fevral 2014    Oxunub:2030
Respublika ərazisində kişilər arasında ölkə çempionatına start verilib.

AzVision.az Kanal S-ə istinadən xəbər verir ki, çempionat respublika üzrə 4 zonada, yəni Sabirabad, Salyan, Sumqayıt və Oğuzda keçirilməkdədir.

Oğuz rayonunda İdman Olimpiya Kompleksində baş tutan yarışda Oğuz, Qəbələ, Qax, Şəki, Balakən və Mingəçevirdən olan voleybolçular iştirak ediblər. Gərgin keçən yarışlar zamanı final mərhələsində Oğuz və Şəki voleybolcuları üz-üzə gəliblər. Yarışın sonunda Şəki komandası yarışın qalibi olub.


Teqlər:





Xəbər lenti