İranda koronavirusdan ölənlərin sayı artıb

İranda koronavirusdan ölənlərin sayı artıb
  05 Noyabr 2020    Oxunub:1993
İranda son sutka ərzində 8772 nəfər koronavirusa yoluxub, 406 pasiyent həyatını itirib.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Səadət Lari bildirib.

Onun sözlərinə görə İranda virusa yoluxanların ümumi sayı 654 min 936, ölənlərin sayı isə 36 min 985-a çatıb. İndiyədək 505 min 287 nəfər sağalaraq evə buraxılıb.

Hazırda müalicəsi davam edən 5472 xəstənin vəziyyəti ağırdır.

Azvision.az


Teqlər: İran   Koronavirus   Pandemiya  





Xəbər lenti