Koronavirusa yoluxanların sayı 49 milyonu keçdi

Koronavirusa yoluxanların sayı 49 milyonu keçdi
  06 Noyabr 2020    Oxunub:1737
Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 49 milyon 35 min 14 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 239 min 660 nəfərdir.

İndiyədək 39 milyon 984 min 442 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti