Ermənilər Korotçenko və Şevçenkonu ölümlə hədələyir

Ermənilər Korotçenko və Şevçenkonu ölümlə hədələyir
  06 Noyabr 2020    Oxunub:6323
Rusiyanın tanınmış ictimai xadimləri - hərbi ekspert İqor Korotçenko və jurnalist Maksim Şevçenko erməni lobbisi və ermənilər üçün çalışan “beşinci kolon” tərəfindən təhdid və təhqirlərə məruz qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Gradator.Ru" saytı məlumat yayıb.

Bildirilib ki, bu cəsur rusiyalılar Rusiyanın Ermənistan tərəfindən Qarabağ müharibəsinə qarışmamalı olduğunu söyləməkdən çəkinmədilər, çünki bu, beynəlxalq hüquqa ziddir və Rusiyanın milli təhlükəsizliyi baxımından təhdidlər yaradır.

Bundan əlavə, adları çəkilən ekspertlər Azərbaycan torpaqlarını tərk etmək istəməyən Ermənistanın maraqları uğrunda rusiyalıların ölməməli olduğunu və bu səbəbdən baş verənlərə görə ermənilərin məsuliyyət daşıdığını söyləyirlər. Nəticədə, Rusiyanın erməni lobbisi onlar üçün əlverişsiz olan ekspertləri susdurmaq istəyiR. Onlar Rusiya mediasının erməni bataqlığındakı "üsyançıları" qorxutmağa və onlara böhtan atmağa çalışırlar.

Həmçinin, vurğulanıb ki, bir müddət əvvəl erməni milliyətçiləri Şevçekonu ölümlə hədələyir, sosial şəbəkələrdə ona qarşı təhdidlər yağdırıblar. İndi isə Korotçenko hədəfdədir. Onun şəxsiyyətini və ləyaqətini gözdən salmaq üçün hərəkətə keçiblər. Korotçenko rusiyalı hərbi ekspert, nüfuzlu "Voennoye obozreniye" jurnalının baş redaktoru, Rusiyaın dövlət xadimidir, hazırda erməni sürüsünün hücumuna məruz qalıb.

Xatırladaq ki, ermənilərin şikayəti əsasında Korotçenkonun “Tvitter” səhifəsi bloklanıb. Baxmayaraq ki, Korotçenko “Tvitter”də siyasi paylaşımlar edir, heç bir təhrifə, böhtana yol vermirdi. Ona görə də bu bloklanma anlaşılmazdır.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: İqorKorotçenko  





Xəbər lenti