Azercell iPhone alanlara internet hədiyyə edir

  06 Noyabr 2020    Oxunub : 982
Azercell iPhone alanlara internet hədiyyə edir
Dünyada ən güclü performansa malik iPhone 12 və iPhone 12 Pro telefonları Azercell Eksklüziv mağazalarında artıq satışda! Azercell ənənəvi olaraq iPhone pərəstişkalarını diqqət mərkəzində saxlayır və internetin inanılmaz sürətini Apple brendinin yeni nəsil telefonları vasitəsilə ölkənin ən yüksək keyfiyyətli 4G şəbəkəsində hiss etmək imkanı yaradır.
Lider mobil operator Azercell Eksklüziv mağazalarından iPhone 12 və iPhone 12 Pro smartfonlarını əldə edən hər bir abunəçiyə 3 ay ərzində 50 GB həcmində internet paketi hədiyyə edir.

Xatırladaq ki, ölkənin rəqəmsal həllər təqdim edən mobil operatoru “Azercell Telekom” MMC, həm də Azərbaycanda Apple şirkətinin yeganə rəsmi telekom tərəfdaşıdır. Ən qabaqcıl texnologiyaları və istifadə rahatlığını özündə birləşdirən iPhone telefonları bu dəfə A14 çipi, LiDAR skaneri, genişləndirilmış funsionallığı və daha böyük ekranı ilə gündəmə gəlib.

Yeni iPhone smartfonlarının açdığı sərhədsiz imkanları Azercell ilə kəşf edin!

Əlavə məlumat üçün https://www.azercell.com/az/personal/devices/iPhone12Pro səhifəsinə keçid etməniz xahiş olunur.

Teqlər: Azercell