Şəhid övladlarına noutbuklar hədiyyə edilib - FOTO
06 Noyabr 2020
Oxunub:1816
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyininnin təşəbbüsü və Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə şəhid övladlarına onlayn dərslərin təşkilinə kömək məqsədilə noutbuklar hədiyyə edilib.
Azvision.az -ın məlumatına görə, Mənəvi Dəyərlərin Təbliği Fondu eyni zamanda şəhidlərin, səfərbərliyə cəlb edilmiş, döyüşlərdə yaralanmış vətəndaşların ailələrinə, həmçinin düşmən atəşi nəticəsində yaşayış yerlərini tərk etmək məcburiyyətində qalmış ailələrə yardımlarını davam etdirir. Unutmayaq, şəhidlərimizin yadigarları bizə əmanətdir!