İranda koronavirusdan ölüm sayı 38 minə çatır

İranda koronavirusdan ölüm sayı 38 minə çatır
  07 Noyabr 2020    Oxunub:2211
İranda son sutka ərzində 423 nəfər koronavirusdan ölüb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib. Onun sözlərinə görə, İranda indiyədək 37 832 nəfər pandemiyanın qurbanı olub.

Bundan əlavə, son sutkada 9450 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Beləliklə, yoluxma faktlarının ümumi sayı 673 250-ə yüksəlib.

Hazırda 5506 nəfərin ağır vəziyyətdə olduğu, 515 153 nəfərin isə xəstəlikdən sağaldığı qeyd olunub.

Azvision.az



Teqlər: İran   Koronavirus  





Xəbər lenti