Abxaziyadan bir qrup muzdlu Qarabağa gəldi

 Abxaziyadan bir qrup muzdlu Qarabağa gəldi
  07 Noyabr 2020    Oxunub:2221
Abxaziyadan olan muzdlu yaraqlılar Qarabağa döyüşməyə gəlib.
Azvision.az xəbər verir ki, onların bu gün Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Araik Arutyunyan ilə görüşdüyü deyilir.

Noyabrın 6-da Abxaziyadan 20 nəfərdən ibarət birinci muzdlu qrupun Qarabağa gəldiyi məlum olub.

Bundan əvvəl, Donbasdakı terrorçu liderlərdən biri Axra Avidzba (Abxaz) etnik ermənilərdən ibarət qrup toplayaraq Qarabağa yollayacağını bildirmişdi.

Abxaziya erməni icmasının rəhbəri Qalust Trapizonyan isə deyib ki, ehtiyac olarsa, döyüş bölgəsinə yeni muzdlu dəstələr göndərilə bilər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Abxaziya   Qarabağ   Muzdlu  





Xəbər lenti