ABŞ-da gündəlik yoluxma 126 mini keçdi

ABŞ-da gündəlik yoluxma 126 mini keçdi
  07 Noyabr 2020    Oxunub:1297
ABŞ-da son sutka ərzində 126 480 nəfər koronavirusa (COVID-19) yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb. Bu, pandemiya dövründə qeydə alınan rekord göstəricidir.

Bundan əlavə, son 24 saatda 1146 xəstə vəfat edib.

Ümumilikdə isə ABŞ-da indiyədək 9 740 073 nəfərdə koronavirus aşkarlanıb, 236 mindən çox insan vəfat edib, 3,8 milyondan çox xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti