Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət
  08 Noyabr 2020    Oxunub:1364
Türkiyədə son sutka ərzində 81 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 2483 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 10 803, virusa yoluxanlar isə 391 739 nəfərə çatıb.

Türkiyədə indiyədək 336 221 pasiyent (son sutkada 1928 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti