NTV-nin aparıcısı təyyarə qəzasında öldü

NTV-nin aparıcısı təyyarə qəzasında öldü
  08 Noyabr 2020    Oxunub:1609
Rusiyanın paytaxtı Moskva şəhərində yüngül mühərrikli idman təyyarəsi qəzaya uğrayıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində təyyarəni idarə edən NTV kanalının aparıcısı Aleksandr Koltov və bir qadın həlak olub.

“Cessna” təyyarəsinin Moskvanın Myaçkovo hava limanından Yaroslavl vilayətinin Rıbinsk şəhərinə uçuş etdiyi bildirilib. Uçuş zamanı mühərrik alovlanıb. Pilot təcili siqnal verərək təyyarəni tarlaya endirib, lakin yanğının qarşısını almaq mümkün olmayıb.

Azvision.az


Teqlər: Rusiya   Təyyarə   Qəza  





Xəbər lenti