“Övlad”larını qurbanlıq qoyuna çevirən Varazdat “ata”

“Övlad”larını qurbanlıq qoyuna çevirən Varazdat “ata”
  09 Noyabr 2020    Oxunub:13276
Bir müddət əvvəl erməni din xadimləri və kilsələrin müharibə çağırışları, insanları qanlı müharibəyə təhrik etmələri barədə məlumat vermişdik. Hətta bəzi din xadimlərinin əllərinə silah alaraq döyüşə yollanması faktları da aşkar edilmişdi.
Əli silahlı erməni din xadimlərindən biri cəbhədə döyüşən həmkarlarından danışıb. O, açıq şəkildə xalqı silaha sarılıb qan tökməyə, gəncləri başqasının torpaqlarında vuruşmağa çağırıb.

Azvision.az xəbər verir ki, erməni mətbuatı diz çökən əsgərlə fotosuna görə gündəm olan Varazdat "ata" adlı din xadimindən müsahibə dərc edib. Yazıda qeyd edilir ki, onun "Facebook" hesabını döyüş bölgəsində olan din xadimlərinin fotoları “bəzəyir”.

Varazdat Najaryanın bəzi diqqət çəkən fikirlərini təqdim edirik: “Ən təhlükəli yerlər daxil olmaqla cəbhənin müxtəlif hissələrində oluruq. Əvvəlcə təsəvvür etmirdim ki, cəbhədə bu qədər nümayəndəmiz ola bilər. Şahidi olduğum ruhanilərin xidmətləri təsvir edilə bilməz. Orada ölənləri və yaralıları daşıyan silahlı nümayəndələrimiz də var. Onlar həm də əsgərləri və komandirləri cəbhədə mənəvi cəhətdən tək qoymadılar. Yalnız mənəvi cəhətdən deyil, həm də fiziki, psixoloji və zəruri hallarda hərbi baxımdan da yardımlar etdilər. Lazım gələndə silah götürdülər. Çünki bu gün gerçəklik və müharibənin bütün məntiqi fərqlidir. Lazım gələrsə, dini ibadətlə yanaşı silahdan da yararlanmalısınız. Müharibədə ruhani, din xadimi, kişi və qadın anlayışı yoxdur, hamımız əsgərik”.

Müsahibədə bildirilib ki, onun diz çökmüş əsgərlə olan fotosu geniş müzakirələrə səbəb olub. Din xadimi isə gənc erməniləri mənasız yerə ölümə yola salmağını ağız dolusu tərifləyərək həmin mənzərəni belə izah edib:

“Əsgərlərdən biri yaxınlaşıb dedi ki, döyüşdə başıma nə gələcəyini bilmirəm, günahlarımın bağışlanmasını istəyirəm. Əlimi onun çiyninə qoydum, söhbət etdik. Söhbətimizin təfərrüatlarını açıqlaya bilmərəm. Günahların bağışlanması üçün diz çökdü. Ümumiyyətlə, o şəkil təsadüfən çəkildi və daha sonra belə bir fotoşəkilin yayıldığını öyrəndim”.

Qeyd edək ki, Varazdat “ata”nın nağılı təkcə cismən deyil, onsuz da mənəvi cəhətdən ölmüş erməni əsgərləri və erməni xalqının başını qatmaqdan başqa bir şey deyil. Dünyanın hər yerində din xadiminin yeri ibadət yerləri, kilsə, məscid və s. məkanlar olur. Ermənilərdə isə “dini xidmət” başqasının torpağına gedərək əsgərləri diz çökdürüb qurbanlıq quzu kimi güllənin altına göndərməkdir.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Əsgər  





Xəbər lenti