Fransa mediasından səfirimizə qarşı qərəzli addım

Fransa mediasından səfirimizə qarşı qərəzli addım
  09 Noyabr 2020    Oxunub:3490
Dünyada özünü demokratiyanın, söz azadlığının beşiyi hesab edən, digərlərinə “dərs” verməyə çalışan bəzi ölkələr bu günlərdə əsl simalarını nümayiş etdirir. Azərbaycan haqlı olaraq, beynəlxalq hüquq çərçivəsində işğaldakı ərazilərini düşməndən azad edir. Amma hər zaman Ermənistanın faşist, işğalçı siyasətinə dəstək verən bir sıra ölkələr bu günlərdə də öz dəyərlərini, prinsiplərini pozaraq təcavüzkarı dəstəkləməkdədir. Bununla da beynəlxalq hüququ heçə saydıqlarını göstərirlər.
Azvision.az xəbər verir ki, bu ölkələrdən biri ATƏT-in Minsk Qrupunun üzvü kimi əslində neytral qalmalı olan Fransadır.

Fransa həm də BMT Təhlükəsizlik Şurasının üzvü olaraq işğal altındakı ərazilərin qeyd-şərtsiz Azərbaycana qaytarılması haqda 4 qətnaməni qəbul edən ölkələrdən biridir. Lakin Fransada bəzi dairələr və mətbuat Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir, açıq şəkildə işğalçının yanında yer alır.

Bunun daha bir sübutu Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin müsahibələrinin bu ölkənin mətbuatında dərc olunmamasıdır.

Səfir “Frans Press Agentliyi”nin (AFP), "La Figaro" və bir sıra digər KİV-lərin ondan aldığı müsahibəni dərc etməmək qərarını "utancverici" adlandırıb və Fransa mətbuatını Azərbaycana qarşı düşmən mövqeyində olmaqda günahlandırıb. Agentlik müsahibənin məzmunu nəzərə alınaraq yayımlanmamasına qərar verildiyini bəyan edib.

Məsələyə münasibət bildirən Rəhman Mustafayevin sözlərinə görə, 27 sentyabrdan bəri Fransa mətbuatında Azərbaycana qarşı mümkün olan bütün ittihamlar üzrə isterik kampaniya başladılıb: “Fransız mətbuatı nadir hallarda ölkəmlə əlaqəli obyektiv olub, amma bu gün açıq şəkildə düşmənçilik edib".

"Fransada ifadə azadlığı bu şəkildə "işləyir", - deyə səfir bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Fransa  





Xəbər lenti