“Məşhur” erməni topçunun atası etiraza qalxdı

“Məşhur” erməni topçunun atası etiraza qalxdı
  09 Noyabr 2020    Oxunub:7251
Ermənistan ordusunun müharibənin ilk günlərində məhv edilmiş “məşhur” topçusu Albert Ovanisyanın atası etiraza qalxıb.
Azvision.az xəbər verir ki, Artak Ovanisyan erməni cəmiyyətinin oğlu Albertin fotosundan sui-istifadə etməsindən şikayətçidir.

A.Ovanisyan oğlunun ölümünün qırxıncı günü ilə bağlı açıqlamasında deyib: "Bir şey deyim. Fikirlərim kobud səslənə bilər, amma bunu deməliyəm. Oğlumun məşhurlaşan top atışı fotosu hansısa iş, reklam məqsədi ilə heç bir markada görünməməlidir. Bu məsələdə çox prinsipial olacağam və həmin şəxsləri ən sərt şəkildə cəzalandıracağam. Bunu edənləri bir daha xəbərdar edirəm və onları belə əməllərə yol verməməyə çağırıram. Bu məsələ ilə bağlı sualları varmı? Hər kəs mənim yerimi bilir, yaxınlaşa, danışa, zəng edə, ünsiyyət qura bilər. Bu mənim haqqımdır. O uşağı biz dünyaya gətirdik, onlar gətirmədilər. Heç kimin mənim əvəzimə qərar verməyə haqqı yoxdur”.



A.Ovanisyanın dediyi kimi, Ermənistan cəmiyyətində əsgər və zabitlərin ölümündən də sui-istifadə edilir. Bir çox şəxslər və şirkətlər bundan biznes maraqları üçün yararlanır.

Tural Tağıyev
Azvision.az



Teqlər: Erməni   Topçu  





Xəbər lenti