Ərdoğan Putinə Qarabağ üzrə işçi qrupun yaradılmasını təklif etdi

Ərdoğan Putinə Qarabağ üzrə işçi qrupun yaradılmasını təklif etdi
  09 Noyabr 2020    Oxunub:4187
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı işçi qrupun yaradılmasını təklif edib.
Azvision.az xəbər verir ki, bu barədə "CNN Türk" yazıb.

Məlumata görə, bu məsələ iki lider arasında noyabrın 7-də baş tutmuş telefon danışığında müzakirə olunub. Qeyd edilən format ATƏT-in Minsk Qrupundan kənar, alternativ platforma kimi nəzərdə tutulub.

Putin təklifi alqışlayıb. Artıq yaxın zamanlarda Qarabağ məsələsi ilə bağlı danışıqlar ikitərəfli formata keçə bilər. Yeni işçi qrup atəşkəsdən sonrakı müddətdə tədbirlər və siyasi tənzimlənmə prosesinin aparılması üzərində işləyəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQrabağ   Ərdoğan   Putin  





Xəbər lenti