Koronavirus İranda daha 458 can aldı

Koronavirus İranda daha 458 can aldı
  09 Noyabr 2020    Oxunub:1501
İranda son sutka ərzində daha 458 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 38 749 nəfərə çatıb. Virusa yoluxma sayı son sutkada 10 463 nəfər artaraq 692 949-a yüksəlib.

İranda indiyədək 525 641 pasiyent sağalıb, 5 561 xəstənin vəziyyəti kritik olaraq qiymətləndirilir.

Azvision.az


Teqlər: İran  





Xəbər lenti