Şamaxıda Ukraynanın Fəxri konsulluğu açıldı

 Şamaxıda Ukraynanın Fəxri konsulluğu açıldı
  09 Noyabr 2020    Oxunub:1758
Azərbaycanın Şamaxı şəhərində Ukraynanın ilk Fəxri konsulluğu açılıb.
Azvision.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Qeyd edilib ki, Fəxri konsulluğunun açılış mərasimində Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski çxış edərək ölkə dövlət rəhbərliyinə, eləcə də Şamaxı rayon İcra Hakimiyyətinə təşəkkür edib.

Ukraynanın diplomatik missiyasının rəhbəri bugünkü əlamətdar hadisənin xüsusi məna və simvolizmlə dolu olduğunu vurğulayaraq Azərbaycan xalqını mühüm dövlət bayramı münasibətilə də təbrik edib.

“Ukrayna bu gün vətəninin suverenliyini və ərazi bütövlüyünü müdafiə edən qardaş Azərbaycan xalqının hisslərini hamıdan yaxşı başa düşür. Bu dövrdə həm Ukrayna, həm Azərbaycan xalqı öz torpaqlarında, evlərində dinc yaşamaq, gələcək üçün planlar qurmaq və sülh səması altında çalışmaq üçün ağır sınaq qarşısındadır - Vətənə sədaqət və sevgi sınağı qarşısında”, - səfir deyib.

Azərbaycan xalqı ilə həmrəyliyi əlaməti olaraq, eləcə də Azərbaycanın Dövlət Bayrağı Gününün qeyd edilməsi münasibətilə, Ukraynanın Şamaxı şəhərindəki yeni açılmış Fəxri konsulluğunun binası bu gün Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq.

Açılış mərasimində dövlətinin suverenliyi və ərazi bütövlüyünü müdafiə edərkən həlak olmuş Azərbaycan və Ukrayna qəhrəmanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Şamaxı  





Xəbər lenti