Qərb mətbuatı Soçi Olimpiadasını məsxərəyə qoydu

Qərb mətbuatı Soçi Olimpiadasını məsxərəyə qoydu
  06 Fevral 2014    Oxunub:1324
Olimpiada öncəsi Avropalı jurnalistlər oyunların keçirilməsi üçün xərclənən vəsaitdən təəccübləniblər.
Sabah Soçi Qış Olimpiya Oyunlarının təntənəli açılış mərasimi keçiriləcək.

Bununla bağlı artıq Rusiyaya təşrif buyuran xarici jurnalistlər və qonaqlar ilk təəssüratları ilə bölüşüblər. Rəsmi olaraq Rusiya hökuməti oyunlara 214 milyard rubl (6 milyard dollar) xərcləndiyini açıqlasa da, layihələrin maya dəyərini tədqiq edən iqtisadçılar əslində Soçidəki proektlərə 1,5 trilyon rubl (42 milyard dollar) vəsaitin xərcləndiyini iddia edirlər. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax idman qurğularını inspeksiya etdikdən sonra şəhərin tədirlərə tam hazır olduğunu açıqlamışdı.

Lakin Qərb mətbuatı bu maliyyə xərclərinin gələcədə Rusiya üçün iqtisadi problemlər yarada viləcəyi qənaətindədir. Böyük Britaniyanın “The İndependent” qəzetinin əməmkdaşı bununla bağlı öz araşdırmasını aparıb. “Rusiyanın Ümum Daxili Məhsul həcmi 2014-cü ildə 2,1 trilyon dollara bərabər olacaq. Olimpiada xərcləri isə bu göstəricinin 2,5 %-ə bərabərdir. Beləliklə, bir və ya iki ilin artımını tək, bircə tədbirə görə, havaya sovuracaqlar.

Məqalə müəllifinin fikrincə, inkişaf üçün gözəl perspektivləri olan ölkələr “böyük səhvlərə” görə çox şey itirə bilməz. Amma jurnalist Rusiyanın da xüsusi inkişaf perspektivlərinin olmadığını düşünür. O etiraf edir ki, son 15 ildə Rusiyanın işləri pis getməyib: ÜDM artıb, əhalinin yaşayış səviyyəsi 3 dəfə yüksəlib.
Amma gələcəkdə yaxşı xəbərlər Rusiya üçün bitəcək. Müəllif qeyd edir ki, əhalinin sayında azalma, onun sağlamlıq göstəricisinin zəifləməsi və kişilərin orta ömrününü azalması bütövlükdə, bütün ölkə iqtisadiyyatı üçün ağır yük olacaq. Bunlara neft ixracından daxil olan vəasitlərin azalmasını da əlavə etmək lazımdır.

Soçi Olimpiadası ilə bağlı məsələyə “Wasington Post” qəzeti fərqli rakursdan yanaşıb. Soçiyə ezam olunmuş xarici jurnalistlərin şikayətlərini bir yerə toplayan qəzet şəhərin turistləri qəbul etməyə hələ də hazır olmadığını bildirib.

Məlumata görə, qonaqların qəbulu üçün nəzərdə tutulan 9 mehmanxanadan yalnız 6-sı oyunlara hazırdır. Qalanlarında təmir-tikinti işləri hələ də davam edir. Bəzi jurnalistlər istilik sisteminin və internetin yoxluğundan şikayətləniblər.
Jurnalistlərdən biri krantdan axan suyun dövri olaraq kəsildiyini və yerli sakinlərdən birinin ona bu suyun təhlükəli olması ilə bağlı xəbərdarlıq etdiyini söyləyib. Sonunda jurnalist mineral su ilə yuyunmağa məcbur olduğunu söyləyib.

Digər xarici qonaqlar da qapıların dəstəyinin qısa zamanda sıradan çıxmasından, suyun tez-tez kəsilməsindən, liftin işləməməsindən, dəhlizdə sahibsiz itlərin dolaşmasından və s. şikayətləniblər. Bundan başqa bəzi mehmanxana nömrələrində qonaqlar Vladimir Putinin portreti ilə üzləşiblər.
Xatırladaq ki. Rusiya Dəmir Yolları SC-nin rəhbəri Boris Yakunin qərb jurnalistlərini Olimpiada ətrafında “isterika” yaratmaqda ittiham edib və Rusiya barədə neqativ təəssürat yaratmaqda ittiham edib.

“Məni pis mənada təəccübləndirir ki, Olimpiadanın açılışı yaxınlaşdıqca, Rusiya barədə Qərb KİV-lərində mənfi təəssürat yaradılır. Kifayət qədər nüfuzlu bir çox nəşrlərdə, “The Time”, “The Economist”, “Spiegel” və s. Olimpiada öncəsi Rusiya prezidentinin də təsvir olunduğu müxtəlif karikaturalar yer alır. Bu dostsayağı addım deyil”.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti