Tramp Pentaqon rəhbərini işdən çıxardı

 Tramp Pentaqon rəhbərini işdən çıxardı
  10 Noyabr 2020    Oxunub:1617
ABŞ-ın hazırkı Prezidenti Donald Tramp ölkənin Müdafiə naziri Mark Esperi vəzifəsindən azad edib.
Azvision.az xəbər verir ki, bu barədə Tramp "Tvitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, Milli Terrorla Mübarizə Mərkəzinin direktoru Kristofer Miller Pentaqon rəhbərinin vəzifəsini icra edəcək.

"Milli Terrorla Mübarizə Mərkəzinin direktoru Kristofer Millerin bundan sonra Müdafiə naziri vəzifəsini icra edəcəyini elan etməkdən məmnunluq duyuram. Kris çox yaxşı işləyəcək. Mark Esper kənarlaşdırıldı. Xidmətinə görə ona təşəkkür edirəm".

Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti