Paşinyan bağışlanmasını istədi

 Paşinyan bağışlanmasını istədi
  10 Noyabr 2020    Oxunub:34469
Ermənistanın baş naziri Nikol Paşinyan erməni xalqını ölkəni qarət edən və əsgərlərdən silah oğurlayan rüşvətxor məmurlar və oliqarxlardan qisas almağa çağırıb.

Azvision.az xəbər verir ki, Paşinyan rüşvətxor məmurlar və oliqarxlarla münasibətdə yanlış davrandığını qeyd edib. Bunun üçün bağışlanmasını istəyib.
Onun sözlərinə görə, erməni əsgərlərinə və itirilmiş torpaqlara görə həmin şəxslərdən qisas almaq lazımdır. Baş nazir fərarilik edənlərin, mövqelərini qoyub qaçanların mühakimə olunacağını vurğulayıb.

"Yaxın vaxtlarda mitinq keçirməyin lazım olduğunu düşünürəm. Torpaqları pula satanlar bu örtük altında uğur qazanacaqlarını düşünməsinlər".

Azvision.az


Teqlər: Paşinyan  





Xəbər lenti