Samvel Babayan Paşinyanı xain adlandırdı

 Samvel Babayan Paşinyanı xain adlandırdı
  10 Noyabr 2020    Oxunub:3893
Dağlıq Qarabağdakı separatçı rejimin “təhlükəsizlik şurasının katibi”, “müdafiə ordusunun” keçmiş komandanı Samvel Babayan "Artsax qəhrəmanı" adından imtina edib.
Azvision.az xəbər verir ki, separatçıların nümayəndəsi bunu Qarabağa dair razılaşmaya etiraz olaraq edib. O, Ermənistan rəhbərliyini və Qarabağdakı separatçı rejimi xain adlandırıb.

“Xalqın razılığı olmadan bizi təslim etməyinizə kim icazə verdi?”- deyən Babayan Ermənistanın məğlubiyyətinə etiraz olaraq "qəhrəman" titulundan və “təhlükəsizlik şurasının katibi” vəzifəsindən imtina etdiyini açıqlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SamvelBabayan  





Xəbər lenti