BQXK cəsədlərin və əsirlərin mübadiləsinə hazırdır

  10 Noyabr 2020    Oxunub : 1288
 BQXK cəsədlərin və əsirlərin mübadiləsinə hazırdır
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Ermənistanla Azərbaycan arasında cəsəd və əsirlərin mübadiləsi prosedurlarına başlamağa hazırdır.
Azvision.az xəbər verir ki, bu barədə BQXK-nın Ermənistandakı nümayəndə heyətinin proqram rəhbəri Zara Amatuni bildirib.

“Tərəflərin müvafiq müraciətindən sonra prosedurlara başlamağa və mübadiləni həyata keçirməyə hazırıq”, - Amatuni əlavə edib.

Müraciət, münaqişəyə bütün cəlb edilənlər tərəfindən razılaşdırılmalıdır. Bundan sonra BQXK münaqişə tərəfləri ilə addımları əlaqələndirərək mübadilə aparacaq: "Biz hazırıq və ümid edirik ki, razılaşmanın bununla bağlı hissəsi həyata keçiriləcək".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: BQXK