BMT Qarabağla bağlı razılaşmanı dəstəkləyir

BMT Qarabağla bağlı razılaşmanı dəstəkləyir
  11 Noyabr 2020    Oxunub:2231
BMT Dağlıq Qarabağdakı hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmanı alqışlayır.
Azvision.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoni Quttereşin sözçüsü Stefan Dyujarrik bildirib.

“Biz hərbi əməliyyatları dayandırmaq səylərinə görə Rusiyaya minnətdarıq. Bu kürsüdən mülki insanlara və infrastruktura istiqamətlənmiş hücumları dəfələrlə qınadıq. Razılaşmanı alqışlayırıq və onun həyata keçirilməsində tərəflərə dəstəyimizi ifadə edirik", - açıqlamada qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: DağlıqQarabağ  





Xəbər lenti