Sabiq vitse-spiker Paşinyanın getməsini tələb edir

Sabiq vitse-spiker Paşinyanın getməsini tələb edir
  11 Noyabr 2020    Oxunub:2377
“Nikol Paşinyanın kənarlaşdırılması bizə nəyisə dəyişəcəyimizə ümid verəcək".
Azvision.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sabiq vitse-spikeri Arpine Ovannisyan deyib.

“Bu gün 11 noyabr, 4 gün sonra təslim olmaqla bağlı imzalanmış utancverici müqavilə ilə Kəlbəcərdən çıxmalıyıq. Dünəndən bəri məndən çoxları nə edəcəyimizi soruşurlar. Cavab verirəm, hələ bir şans var. Bunun üçün Nikol Paşinyanın getməsini tələb etmək lazımdır. Yalnız Nikolun getməsi ilə nəyisə dəyişə biləcəyimizə ümid yaranacaq. 2 il əvvəl biz Nikolu seçdik. Deməli, vətəni seçməli idik. Bu gün yenə də Nikol və vətən arasında böyük seçim günüdür".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ArpineOvannisyan  





Xəbər lenti