ATƏT PA sədrindən Qarabağ razılaşmasına münasibət

 ATƏT PA sədrindən Qarabağ razılaşmasına münasibət
  11 Noyabr 2020    Oxunub:1902
Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan bəyanatın imzalanmasının münaqişə bölgəsindəki mülki şəxslərin həyatını qoruyacağına ümid edirik.
Azvision.az xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının sədri Giorgi Tsereteli bildirib.

O, müharibədə həlak olanların ailələrinə başsağlığı verib, tərəfləri dərhal cəsədlərin və hərbi əsirlərin mübadiləsinə başlamağa çağırıb.

PA sədri bildirib ki, dayanıqlı sülhə aparan yol bəzən müharibədən daha çətindir: “Məcburi köçkünlər və qaçqınların təhlükəsiz qayıtmasını təmin etmək, münaqişənin hərtərəfli həllinə nail olmağa, birgə gələcək qurmaq üçün bütün tərəfləri sülh danışıqlarına sadiqliklərini təsdiqləməyə çağırıram”.

Azvision.az



Teqlər: DağlıqQarabağ  





Xəbər lenti