İrəvanda müxalifət liderlərinin kütləvi həbsinə başlanıldı - VİDEO
Polis İrəvanın Azadlıq meydanında mitinqə toplaşan partiya rəsmilərini, kütləvi fəalları saxlayıb. Saxlanılanlar arasında “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyan, Respublikaçılar partiyasının nümayəndələri Eduard Şarmazanov, sabiq deputat Vaqram Bağdasaryan, Vardan Ayvazyan, Qeqam Petrosyan, Ayk Mamidjanyan, Karine Açemyan, Vətən partiyasının nümayəndələri Arsen Babayan, Vardan Voskanyan və digərləri də var.
Məlumata görə, Sarukyan Milli Təhlükəsizlik Xidmətinə aparılıb.
Hazırda aksiya davam edir.
Pərvanə Sultanova
Azvision.az