Sarkisyan Milli Təhlükəsizlik Xidmətinə çağrıldı

 Sarkisyan Milli Təhlükəsizlik Xidmətinə çağrıldı
  11 Noyabr 2020    Oxunub:2909
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bununla əlaqədar sabiq prezidentə bildiriş gəlib.

Bundan əvvəl “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanın MTX-yə aparıldığı məlum olub.

Xatırladaq ki, Ermənistanda polis İrəvanın Azadlıq meydanında mitinqdə iştirak etmək istəyən fəalları və siyasətçiləri saxlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SerjSarkisyan  





Xəbər lenti