Ukrayna XİN-dən Azərbaycana dəstək

 Ukrayna XİN-dən Azərbaycana dəstək
  11 Noyabr 2020    Oxunub:2188
Ukrayna Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsində hərbi əməliyyatların dayandırılması barədə razılaşmanı alqışlayır.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna XİN-in açıqlamasında bildirilir.

“Hesab edirik ki, növbəti addım bölgənin sabitliyini və canlılığını bərpa etməklə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında tam həllinə nail olmaq üçün beynəlxalq səyləri davam etdirməkdir.

Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Azərbaycan Respublikasının ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyir. Bu prinsip işğaldan əziyyət çəkən Ukrayna üçün əsasdır".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: DağlıqQarabağ  





Xəbər lenti